Belarus rəhbəri Aleksandr Lukaşenko etiraf edib ki, o, pula nifrət edir və heç vaxt “Monakoda yaxta” arzusunda olmayıb.
Qaziler.az bildirir ki, o, bu barədə ukraynalı jurnalist Diana Pançenkoya bildirib.
Prezidentin sözlərinə görə, o, “yaxtaya, istiyə və günəşə” üstünlük verən insanlardan deyil. “Qışda dağlara gedirsənsə, Soçidən yaxşı yer yoxdur. Orada bizim dövlət bazamız var... Mənə başqa heç nə lazım deyil”, - deyə o fikrini paylaşıb.
Lukaşenka pula nifrət etdiyini də vurğulayıb. O, yoxsulluq içində böyüdüyünü, lakin buna baxmayaraq, maddiyyatla maraqlanmadığını əlavə edib.
Siyasətçi deyib: “Mən xaraktercə fərqli bir insanam, xoşbəxtliyimi evdə, Belarus ərazisində tapa bilirəm".
QAZİLER,AZ