Kvebek sakini Paskal Ferrye ABŞ-ın keçmiş prezidenti Donald Trampa zəhərli məktub göndərdiyinə görə 22 ilə yaxın həbs cəzasına məhkum edilib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 17-də City News portalı məlumat yayıb.
Fransa əsilli Ferrye ümumilikdə doqquz biosilah ittihamı ilə özünü təqsirli bilib. Hər bir ittiham ömürlük həbs cəzasını nəzərdə tuturdu. O, polisə və Texas həbsxanalarının rəhbərliyinə səkkiz məktub göndərib.
Zəhərlənmiş məktub ötən il sentyabrın 19-da ABŞ kəşfiyyat orqanları tərəfindən ələ keçirilib. Qadın 2020-ci ilin sentyabrında Kanada-ABŞ sərhədində həbs edilib. Məktubda təbii zəhər olan risin olub.
Həbs edilən zaman Ferryedə dolu tapança və onun üçün 294 patron, bibər qazı, bıçaq, tüfəng və rezin dəyənək olub.
QAZİLER.AZ