Litva sərhədçiləri və silahlı qüvvələri Belarus sərhədində potensial təhlükələrə hazırlıq çərçivəsində avqustun 27-də birgə təlimlər keçirməyi planlaşdırır.
Qaziler.az LRT-yə istinadən yazır ki, bunu ölkənin daxili işlər naziri Aqne Bilotayte deyib.
Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, “bir neçə ssenarinin sınaqdan keçirilməsi üçün Silahlı Qüvvələr ilə birgə təlimlərin (avqustun 27-də) keçirilməsi nəzərdə tutulur”.
Təlimlərdə iştirak üçün Estoniya, Latviya və Polşadan sərhədçilərin və digər zabitlərin dəvət olunması imkanları da nəzərdən keçirilir.
QAZİLER.AZ