Stokholmdakı İran səfirliyi yaxınlığında Quranın yandırılması ilə aksiya planlaşdırılır.
Qaziler.az bildirir ki, bu barədə avqustun 17-də “Aftonbladet” qəzeti məlumat yayıb.
“Sabah Stokholmdakı İran səfirliyi qarşısında Quranın yandırılması planlaşdırılır. Polis ümumi yığıncağın keçirilməsi ilə bağlı müraciəti təmin edib”, - deyə məlumatda bildirilir.
Aksiyanın təfərrüatları və təşkilatçıları barədə məlumat verilmir.