Latviya hökuməti istefa verib

Latviya hökuməti istefa verib backend

Latviyanın baş naziri Krisjanis Karins (Yeni Birlik Partiyası) avqustun 17-də istefa ərizəsini prezident Edqars Rinkeviçsə təqdim edib və bununla da onunla birlikdə ölkə hökumətini rəsmən istefa verib.

Qaziler.az bildirir ki, prezident görülən işlərə görə hökumət başçısına təşəkkür edib və jurnalistlərə bildirib ki, gələn həftə Seymdə təmsil olunan siyasi qüvvələr sırasından yeni nazirlər kabinetinin formalaşdırılması ilə bağlı məsləhətləşmələrə başlayacaq.

"Danışıqlar zamanı prezident əmin olmaq istəyir ki, baş nazir postuna namizəd parlamentdən mümkün qədər geniş dəstək ala bilsin", - Latviya televiziyası xəbər verir.

Rinkeviç qeyd edib ki, cəmiyyət yeni Nazirlər Kabinetindən bir sıra təxirəsalınmaz məsələlərin həllini gözləyir. Bunlara elektrik enerjisi tariflərinin və bank kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmçinin ərzaq məhsullarının qiymətlərinin artmasına nəzarət daxildir.

Karinş avqustun 14-də keçirdiyi mətbuat konfransında istefa verdiyini açıqlayıb. Siyasətçi onu da bildirib ki, “Yeni Birlik” partiyası hökumət başçısı vəzifəsinə yeni namizəd irəli sürmək üçün dəvət olunub.

QAZİLER.AZ

 

Diaspora