Qəddafinin qətlinə seyrçi qalmaq səhv idi - İtaliyalı nazir

Qəddafinin qətlinə seyrçi qalmaq səhv idi - İtaliyalı nazir backend

İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib ki, Qərbin Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin müxalifət tərəfindən öldürülməsinə seyrçi qalması çox ciddi səhvdir.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu faciəvi hadisə hələ də yaddaşlardan silinməsə də, İtaliyanın xarici işlər naziri Antonio Tajani Qəddaafinin qətli ilə bağlı açıqlamalar verib.

Qərbin Qəddafinin öldürülməsinə seyrçiqalmasının ciddi xəta olduğunu" deyən Tajani: "Qəddafi demokratiyanın ən yaxşı nümunələrindən biri deyildi, lakin onun öldürülməsindən sonra Liviya və Afrikada qeyri-sabitlik başladı”, - deyib.

Qeyd edək ki,2011-ci ildə başlayan və Aralıq dənizi hövzəsindəki ərəb ölkələrində təsirli olan “ərəb baharı” hərəkatının ən diqqət çəkən səhnələri Liviyada yaşanıb.

Liviyada başlayan müxalifət hərəkatı nəticəsində Liviya prezidenti Müəmmər Qəddafi 20 oktyabr 2011-ci ildə doğulduğu Sirte şəhərində müxalif silahlı qruplar tərəfindən öldürülüb.

Bütün dünya paylaşılan videolardan vəhşicəsinə linç edilərək öldürülən Qəddafinin son anlarını izləyib.

QAZİLER,AZ

Diaspora