ABŞ-ın Florida ştatının Mayami şəhərindən Çilinin paytaxtı Santyaqoya 271 sərnişinlə uçan təyyarənin kapitan pilotu uçuş zamanı tualetdə həyatını itirib.
Qaziler.az bildirir ki, “The Independent” qəzetinin xəbərinə görə, LATAM Hava Yolları Mayami-Santyaqo reysini yerinə yetirən təyyarənin kapitan pilotlarından birinin yıxılması səbəbindən Panama Tocumen hava limanına təcili eniş etdiyini açıqlayıb.
Eniş zamanı bütün müdaxilələrə baxmayaraq kapitan pilot, 56 yaşlı İvan Andauru xilas etmək mümkün olmayıb.
“LA505” nömrəli Boeing 787-9 təyyarəsi ikinci pilot və ikinci pilotun göstərişi ilə heç bir problem olmadan Tocumen hava limanına eniş edib.
Sərnişinlər bir günlük fasilədən sonra Panamadan Çiliyə yola düşüblər.
ABŞ-da pilotlardan vəzifələrini davam etdirmək üçün 40 yaşdan aşağı olanlar üçün hər il, 40 yaşdan yuxarı olanlar üçün isə 6 aydan bir müntəzəm sağlamlıq hesabatı təqdim etmələri tələb olunur.
QAZİLER.AZ