İspaniyanın cənub-şərqindəki Alikante əyalətində turistlər üçün əlverişli olanKosta Blankada istirahət edənlər yeni qaydanı pozduqlarına görə 200 avroya qədər cərimələnə bilərlər.
Qaziler.az xəbər verir ki, “Ekspress”in məlumatına görə, regionun əsas turizm məkanlarından biri olan Torrevieja kurort şəhərində lisenziyasız küçə satıcılarından mal alarkən yaxalanan turistlər belə cəzaya məruz qala bilərlər.
Lisenziyasız küçə satıcıları çox vaxt mallarını küçədə satırlar, sadəcə çimərlikdə günəş vannası qəbul edən turistlərə və ya barda əylənənlərə yaxınlaşırlar. Onlar ilk növbədə məşhur brendlərin saxta günəş eynəklərini, papaq və paltarlarını satırlar.
Bu belə biznesə qarşı mübarizənin ikinci mərhələsidir. Bundan əvvəl polis saxta malları müsadirə etmək üçün lisenziyası olmayan satıcıları cərimələyib. İndi isə onlar alıcılara qarşı da belə qərar qəbul ediblər.
QAZİLER.AZ