Çeçenistan lideri Ramzan Kadırov çeçen toylarında yeniliklərə qarşı çıxıb.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, o, bu barədə respublikanın hakimiyyət, din xadimləri və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşündən sonra bildirib. Onun sözlərinə görə, toy şənlikləri ilə bağlı vəziyyət xeyli dəyişib, cəmiyyətdə din və milli adət-ənənələrə kökündən zidd olan absurd qaydalar tətbiq olunur.
“İnsanlar toy xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olan yeniliklərin girovuna çevrilirlər”, - o deyib.
Kadırov onu da vurğulayıb ki, ölkə gəlin oğurluğu kimi xoş olmayan ənənələrdən xilas ola bilib.
Sonda Kadırov din xadimlərinin nümayəndələrinə bu problemin həllinə kömək edəcək tədbirlər kompleksi hazırlamağı tapşırıb.
QAZİLER.AZ