Finlandiya və Estoniya Kalininqrada və ya Kalininqraddan uçan “Rusiya”, “Ural Hava Yolları” və “Şimal Küləyi” şirkətlərindən üç təyyarənin hava sərhədlərini keçməsinə icazə verib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, buna səbəb çətin hava şəraiti və tufan olub.
Departamentdə qeyd edildiyi kimi, Finlandiya və Estoniyanın aeronaviqasiya xidmətləri Rusiya təyyarələrinə təhlükəsiz texniki xidmət göstərilməsini də təmin edib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi köməyə görə Finlandiya və Estoniyanın səlahiyyətli orqanlarına təşəkkür edib.
QAZİLER.AZ