Qazaxıstanın İnformasiya və Sosial İnkişaf Nazirliyi Rusiyanın “Tsarqrad” telekanalının saytını bloklamaq qərarına gəlib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, resursun bloklanmasına səbəb ekstremizmin təbliğatı olub.
Qeyd edilib ki, 2023-cü il may ayının sonunda Qazaxıstanın dövlət orqanları “Tsarqrad” telekanalına dörd əmr verib. Sənədlər “qazax millətçiləri”nin adı keçən materialların dərcinə aid olub.
Bundan başqa, 2020-ci ilin iyul ayında “YouTube” resursunun rəhbərliyi videohostinqdə “Tsarqrad” kanalını bloklayıb. Bloklanmasına səbəb qanun pozuntusu olub. Daha sonra Rusiyanın digər KİV-lərinin hesabları bloklanıb.
QAZİLER.AZ