Almaniyada bir küçəyə türk həkimin adı verildi - FOTO

Almaniyada bir küçəyə türk həkimin adı verildi - FOTO backend

Almaniyanın Dortmund şəhərində bir küçəyə “Wülzburg” Universitetini yüksək səviyyədə bitirən Türkiyənin ilk qadın həkimi Safiye Alinin adı verilib.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Safiye Alinin adını daşıyan küçədə keçirilən mərasimdə Türkiyənin Essen şəhərinin baş konsulu Taylan Aydın, şəhərin yerli idarəçiləri, siyasi partiyaların nümayəndələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Mərasimdə edilən çıxışlarda Türkiyənin ilk qadın həkimi olan, I Dünya Müharibəsi illərində Almaniyada tibb təhsili alan, II Dünya Müharibəsi illərində Almaniyada həkim işləyən və Dortmund şəhərində vəfat edən Safiye Alinin həyatından danışılıb.

Dortmund Şəhər Şurasının üzvü Emre Güleç iki il əvvəl Safiye Alinin itən məzarını aşkar edildiyini qeyd edib.

QAZİLER.AZ

Diaspora