Kaliforniya Universitetinin tədqiqatçıları süni intellekt üsullarından istifadə edərək 29 epilepsiya xəstəsində 10 il əvvəl qeydə alınmış 2668 beyin dalğasından musiqi ilə əlaqəli 347-sini təhlil ediblər.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, sözügedən araşdırmanın nəticələri “PLOS Biology” jurnalında dərc olunub.
Mütəxəssislər epilepsiya əməliyyatı zamanı beyin dalğalarından istifadə edərək 1979-cu ildə məşhur olan Pink Floydun "Another Brick In The Wall" mahnısını yenidən yazıblar.
“The Independent” qəzetinin xəbərinə görə, komanda ilk dəfə beyin dalğası qeydlərindən istifadə edərək mahnının yenidən qurulduğunu bildirib.
Tədqiqatçılar sözügedən nəticəyə əsaslanaraq sözlə ifadə edilə bilməyən ritm, vurğu, aksent və intonasiya kimi musiqi elementlərinin beyin dalğalarından istifadə etməklə əldə edilə biləcəyini düşünürlər.
QAZİLER.AZ