10 dəqiqəlik şarjla 400 km məsafə qət edən avtomobillər gəlir

10 dəqiqəlik şarjla 400 km məsafə qət edən avtomobillər gəlir backend

“Tesla” və “Volkswagen” kimi istehsalçıların ortağı olan Çinli akkumulyator istehsalçısı CATL 10 dəqiqəlik şarjla 400 kilometr məsafə təqdim edə bilən yeni akkumulyator istehsal etdiyini açıqlayıb.

Qaziler.az xəbər verir ki, “Shenxing” adlanan akkumulyator cəmi 10 dəqiqəlik şarjla 400 kilometr məsafə qət edə bilir. Tam gücü ilə ümumi məsafə 700 kilometrə qədərdir.

Şirkətin baş texnologiya üzrə direktoru Gao Han yeni batareyaların 2023-cü ilin sonunda kütləvi istehsala keçəcəyini və 2024-cü ildə istehsal olunan avtomobillərdə istifadə olunacağını açıqlayıb.

Elektrikli nəqliyyat vasitələrinin çeşidi və performansı yüksək tutumlu akkumulyatorların inkişafı ilə xeyli artırılıb.

QAZİLER.AZ

Diaspora