“Ukrayna prezidenti Vladimir Zelenski Hindistanda keçiriləcək “G20” sammitinə qlobal təhlükəsizlik deyil, enerji, gübrə və qida məsələlərini müzakirə etdiyi üçün dəvət olunmayıb”.
Qaziler.az xəbər verir ki, Hindistanın xarici işlər naziri Subramanyam Caişankar “Vedomosti”yə açıqlayıb.
Sentyabrın 9-10-da Yeni Dehlidə sammitin keçirilməsi planlaşdırılır, bundan sonra sədrlik Braziliyaya keçəcək.
“Bu, enerji, gübrə, ərzaq təminatı problemlərini müzakirə etmək üçün sammitdir. Bu, BMT Təhlükəsizlik Şurası deyil, G20-dir. G20 qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmur. Buna görə belə qərar verdik”, - Caişankar deyib.
QAZİLER.AZ