2022-ci ilin oktyabr ayının sonunda Rusiyanı tərk etmək qərarına gələn “Mercedes-Benz” şirkəti rus dilerlərini proqram təminatından çıxarıb.
Əvvəllər “Mercedes-Benz” ilə şirkətin Rusiyadakı bütün aktivlərinin “Avtodom”a verilməsinə dair müqavilə imzalandığı açıqlanmışdı. Artıq alman şirkətinin Rusiyadakı bütün aktivlərinin Rusiyanın “Avtodom” şirkətinə satışı tamamlanıb. “Mercedes-Benz” rus dilerlərini avtomobillərə texniki qulluq, ehtiyat hissələri və yeniləmələri təmin edən proqram təminatından tamamilə çıxarıb.
Dilerlərin istehsalçının onlayn proqram sistemləri ilə əlaqəsinin kəsildiyi bildirilsə də, onlayn sistemlərə çıxışın olmaması səbəbindən bu markalı avtomobilin sahibi olan sürücülər üçün texniki xidmət və təmir müddətinin uzadılacağı açıqlanıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra "Mercedes" 2022-ci ilin martında Rusiyaya ixracı və bu ölkədə istehsalı dayandırıb.
QAZİLER.AZ