Çin insanabənzər robotların kütləvi istehsalına başlayır

Çin insanabənzər robotların kütləvi istehsalına başlayır backend

Çin “Fourier Intelligence” şirkəti 5 km/saat sürətlə hərəkət edə bilən və 50 kq-a qədər yük daşıya bilən GR-1 insanabənzər robotların kütləvi istehsala başlayacağını açıqlayıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, insanabənzər robotlar insana bənzəyən xüsusiyyətlərə və davranışlara malik robotlardır.

Belə robotlar çox vaxt formasına, hərəkət və bəzən davranışlarına görə insanlara bənzəyirlər.

İnsanabənzər robotların hazırlanmasında təhlükəsizlik və etik məsələlər də nəzərə alınıb.  Çünki səhv idarə edildikdə və ya təhlükəsizlik tədbirləri olmadıqda ciddi risklər yarana bilər.

İki ayaq üzərində 5 km/saat sürətlə hərəkət edə bilən və 50 kq-a qədər yük daşıya bilən robot gələn il satışa çıxarılacaq. Bildirilir ki, GR-1 yaşlılara qulluq, təhsil və qonaqların qarşılanması kimi müxtəlif xidmətlərdə istifadə ediləcək.

QAZİLER.AZ

Diaspora