Almaniya Dövlət Qulluğu Assosiasiyası (DBB) 2000-dən çox insandan dövlət xidmətlərinin nüfuzu ilə bağlı sorğu keçirib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, nəticələr sorğu edilən dövlət qurumlarının fəaliyyətinin 2022-ci illə müqayisədə aşağı olduğunu göstərib.
Respondentlərin yalnız 27 faizi hökumətin öz vəzifələrini yerinə yetirə biləcəyinə inanır.
Sorğu iştirakçıları Almaniya hökumətinin ən çox immiqrasiya, təhsil, iqlim və ətraf mühit siyasətlərində çətinlik çəkdiyini düşünürlər.
İştirakçıların 80 faizi hesab edir ki, cəmiyyətdə mərhəmətsizlik var.
Sorğuda iştirak edən dövlət işçilərinin yüzdə 54-ü təhdid, təhqir və fiziki hücumlara məruz qaldıqlarını bildirərkən, yüzdə 26-sı dövlət işçilərinə qarşı hücumlara şahid olduqlarını bildirib.
Sorğunu keçirən assosiasiya rəhbəri Ulrix Silberbax mətbuat konfransındakı çıxışında dövlətə inamın azaldığını və bu vəziyyətin narahatlıq doğurduğunu qeyd edib.
QAZİLER.AZ