Dünyanın qurtulmağa çalışdığı koronavirus fəlakətində yeni variantlar ortaya çıxmağa davam edir. Əhalinin əksəriyyəti peyvəndlər vasitəsilə və yoluxaraq immunitetə malik olsa da yaranan yeni variantlar təhlükə deməkdir.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Cənubi Afrika Respublikası koronavirusun Omicron variantının alt törəməsi olan Eris (EG.5.1) xəstəliyinin aşkar edildiyini açıqlayıb.
Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə ilk Erisə yoluxma halının aşkarlandığı bildirilib.
Açıqlamada cənubi afrikalılara Covid-19-a qarşı peyvənd olunmağa çağırılıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 9-da Eris variantı ilə bağlı hesabat dərc edib. Mövcud qaynaqlara əsasən, Erisin yaratdığı ictimai sağlamlıq riski, digər mövcud Covid-19 variantlarının riskinə bənzər şəkildə “qlobal miqyasda aşağı” kimi qiymətləndirilib.
QAZİLER.AZ