Litva hökuməti avqustun 18-dən Belarusla sərhəddə altı sərhəd-keçid məntəqəsindən ikisini müvəqqəti bağlamaq qərarına gəlib.
Bu barədə Qaziler.az Delfi-yə istinadən xəbər verir.
Qeyd olunur ki, qərar “geosiyasi vəziyyətin dəyişməsinə və milli təhlükəsizliyə təhdidlərə adekvat reaksiya”, habelə qaçaqmalçılığın qarşısını almaq məqsədi daşıyır.
“Şumsk” və “Tvereç” buraxılış məntəqələrindən keçid dayandırıldıqdan sonra sərhəd nəzarətinin əməkdaşları başqa məntəqələrə köçürüləcək.
QAZİLER.AZ