Maya Sandunun siyasəti Moldovanın məhvinə yönəlib - Zaxarova

Maya Sandunun siyasəti Moldovanın məhvinə yönəlib - Zaxarova backend

"Moldova Prezidenti Maya Sandunun siyasəti respublikanın məhvinə yönəlib və ölkə xalqının maraqlarına uyğun həyata keçirilmir".

Qaziler.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Maia Sandu və onun sözdə tərəfdaşlarının etdiyi hər şey ilk növbədə Moldovanın dağıdılmasıdır. Bu, Rusiyaya və Rusiya cəmiyyətinə qarşı deyil, ilk növbədə Moldova xalqına qarşıdır. Xalq isə bunu  başa düşür və müqavimət göstərməyə çalışır”, - diplomat Sputnik radiostansiyasının efirində bildirib.

O, qeyd edib ki, Moskva ilə Kişinyov arasında münasibətlər nə vaxtsa əvvəlki səviyyəyə qayıtmalı olacaq, çünki Moldovada indi baş verən proseslər “qeyri-təbiidir və süni şəkildə yaradılmışdır”. Bu proseslər Maya Sandu və onun örejimi tərəfindən icad edilmişdir.

QAZİLER.AZ

Diaspora