Nəfəs kəsən anlarda polis təhlükəli şəxsi tapança ilə vuraraq yerə yıxıb. Bu zaman ətrafdakılardan biri baş verənləri telefonla çəkib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə ABŞ-ın Nyu-York şəhərində yaşanıb.
Əli silahlı qadın ətrafdakılar təhlükə yaradaraq silahı gah ətrafdakı şəxslərə, gah da maşınlara tuşlayıb.
Qadın tapançanı bir nəfərin başına tuşlayanda polis maşını sürətlə ona tərəf gəlib, ona çırpılıb və yerə sərib.
Yaralanan qadın xəstəxanaya qaldırılıb, orada müalicə alır.
Saxlanılan şəxsə qarşı hələlik heç bir ittiham irəli sürülməsə də, istintaqın davam etdiyi bildirilib.
QAZİLER.AZ