MİT nöqtə əməliyyatı keçirib və PKK-nın "mətbuat və arxiv müdiri" öldürülüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, MİT İraqın Qare bölgəsində keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-nın sözdə mətbuat və arxiv məmurlarından "Sidar Serhat" kod adlı Celal Birdalı zərərsizləşdirib.
Türkiyə təhlükəsizlik qüvvələrinin bu dəfəki hədəfi terror təşkilatı PKK-nın sözdə mətbuat və arxiv əməkdaşlarından olan Sidar Serhat kod adlı Cəlal Birdal olub.
Birdalın İraqın şimalındakı Zap və Hakurk bölgələrində fəaliyyət göstərdiyi dövrlərdə təhlükəsizlik qüvvələrimizə qarşı bir çox hücumların səbəbkarı olduğu müəyyən edilib.
MİT sahə agentləri Sidar Serhat kod Celal Birdalın bəzi hücumları şəxsən həyata keçirdiyini və bəzən digər terror qruplarını istiqamətləndirdiyini müəyyən edib.
Nəfəs kəsən təqibdən sonra MİT Birdalı təşkilatın digər üzvləri ilə birlikdə zərərsizləşdirib.
QAZİLER.AZ