İki avstraliyalı printerdə çap olunmuş silahlara görə ittiham olunur

İki avstraliyalı printerdə çap olunmuş silahlara görə ittiham olunur backend

İki avstraliyalı çap olunmuş silahlara görə ittiham olunur.

Qaziler.az xəbər verir ki, bu barədə yerli 9News telekanalı bildirib.

Avstraliyada hüquq-mühafizə orqanları 3D printerdən istifadə edərək silah hazırlayan 59 və 38 yaşlı iki nəfərə qarşı ittiham irəli sürüb. 

Əməliyyat 4 ay davam edib.

Kanalın məlumatına görə, axtarışlar zamanı polis həmin şəxslərdən 4 silah, həmçinin bir neçə silah hissəsi, çertyoj və 3D printer müsadirə edib.

"İndi bizim üçün problem bu [silahların] həyətyanı sahədə və evlərdə hazırlana bilməsidir və biz yeni tendensiyanın güclənməsindən narahatıq", - deyə komissar müavini Kayli Uaytli deyib.

Oxşar hadisəyə görə 2022-ci ilin iyununda 18 yaşlı avstraliyalı həbs olundu. Telekanal xatırladıb ki, o, yarı avtomatik tüfəngin 3D çapına görə oxşar ittihamlarla üzləşib.

E-Jet 3D Printing şirkətinin sahibi, 3D çap üzrə mütəxəssis Elliot Teunissen bir çox istehsal çertyojlarının onlayn olduğunu söylədi. O vurğulayıb ki, bu silahların İnternetdən çıxarılması üçün daha çox iş görülməlidir, o zaman çap olunmuş tapançaları, tüfəngləri və digər silah növlərini sərbəst əldə edə bilən insanların sayını azaltmaq mümkün olacaq.

QAZİLER.AZ

Diaspora