Yaponiyalı alpinist Şinji Tamura Pakistanın Gilgit-Baltistan bölgəsində yüksək zirvəyə qalxarkən 5380 metr hündürlükdən yıxılaraq ölüb.
Qaziler.az bildirir ki, Yaponiyadan olan iki alpinist Gilgit-Baltistan bölgəsinin Andak vadisində indiyə qədər çıxılmamış zirvəyə qalxmaq istəyib.
Pakistan Alpinizm Klubunun katibi Karrar Haidri verdiyi açıqlamada yapon alpinist Shinji Tamuranın yuxarıda adı çəkilən zirvəyə qalxarkən 5380 metr hündürlükdə yıxılaraq öldüyünü bildirib.
Haidri qeyd edib ki, digər yaponiyalı alpinist Semba Takayasu yaralanıb.
Alpinistin əşyaları tapılsa da cəsədini tapmaq mümkün olmayıb.
QAZİLER.AZ