Braziliyanın əksər ştatlarında genişmiqyaslı elektrik enerjisi kəsilib.
Qaziler.az bildirir ki, bu barədə G1 məlumat yayıb.
Ölkədə elektrik enerjisinin kəsilməsi ilə bağlı insident çərşənbə axşamı, avqustun 15-i səhər saatlarında baş verib. Milli Sistem Operatoru və Mədən və Energetika Nazirliyi səhər saat 8-də baş vermiş nasazlığın olduğunu olduğunu bildirsə də, bunun səbəbini açıqlamayıb.
San-Pauluda elektrik problemi bir neçə metro xəttinə təsir edib. Şimal-şərqdəki Baiya ştatının paytaxtı Salvador şəhərində metro sərnişinləri relslər boyu getməyə məcbur olublar. Braziliyanın bir çox böyük şəhərlərində işıqforlar fəaliyyətini dayandırıb.
Hazırda ölkənin cənubunda, cənub-şərqində və qərbində elektrik enerjisinin verilməsi bərpa edilib.
QAZİLER.AZ