Keçmiş ABŞ diplomatı Nigerdəki üsyanı Vaşinqtonun təsirinin azalmasının əlaməti adlandırıb

Keçmiş ABŞ diplomatı Nigerdəki üsyanı Vaşinqtonun təsirinin azalmasının əlaməti adlandırıb backend

"Nigerdəki üsyan ABŞ-ın dünyada nüfuzunun azaldığını göstərdi"

Qaziler.az  bildirir ki, bu barədə avqustun 15-də “Politico” qəzetinə ABŞ dövlət katibinin Afrika məsələləri üzrə keçmiş köməkçisi Tibor Naqi məlumat verib.

“Bu, artıq birqütblü dünya deyil. Bu, kifayət qədər ikiqütblüdür və çoxlu təsir imkanlarına malik olan bir çox orta güclər var”.

Nəşr qeyd edir ki, ABŞ Nigerə yardımı dayandırarsa, o zaman Çin və Rusiya bu ölkəyə təsir göstərəcək, amerikalılar isə bütün regionda mövqelərini itirəcəklər.

Qəzetin mənbəyi Nigeri Birləşmiş Ştatlar üçün vacib ölkə adlandırıb, çünki Amerika hakimiyyəti Afrika ölkəsinin ordusuna təlim keçmək üçün 500 milyon dollar ayırıb.

QAZİLER.AZ

Diaspora