İtaliyadakı kurort müsəlmanların çimərlik geyimlərini qadağan etməyi planlaşdırır.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Monfalcone şəhər hakimiyyət orqanları müsəlman çimərlik geyimlərini qadağan etməyi planlaşdırır.
İtaliyanın Venesiya yaxınlığında yerləşən Monfalkone şəhərində yerli sakinlərin kütləvi şikayətləri səbəbindən müsəlman çimərlik paltarlarının (burkini) geyinilməsi qadağan olunacaq. Bu barədə avqustun 14-də “İl Giornale” qəzeti şəhərin meri Anna Mariya Çizintə istinadən məlumat yayıb.
“Biz ciddi adamlarıq, oktyabra qədər tədbir hazır olacaq”, - deyə şəhər rəhbəri təsdiqləyib.
O, həmçinin əlavə edib ki, belə bir qadağa, ilk növbədə, sakinlərdən qadınların burkinidə çimməsi ilə bağlı çoxsaylı şikayətlərlə bağlıdır. Mer qeyd edib ki, belə çimərlik paltarı geyinmək həm də italyan ənənələrinə ziddir.
QAZİLER.AZ