Çexiya prezidentinin mühafizəçisi intihar edib

Çexiya prezidentinin mühafizəçisi intihar edib backend

Çexiya prezidenti Petr Pavelin cangüdəni həmkarlarının təqiblərinə görə intihar edib.

Qaziler.az bildirir ki, bu barədə avqustun 14-də Çexiyanın “Prostor” radiostansiyası dövlət başçısının təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

KİV-in məlumatına görə, faciəvi hadisə ötən bazar günü, avqustun 13-də baş verib. Bundan əvvəl 36 yaşlı cangüdən həmkarlarının ona qarşı mənfi münasibət göstərməsindən dəfələrlə şikayət etmişdi.

Həmin şəxs çərşənbə günü, avqustun 16-da dövlət başçısını qorumaq üçün növbəyə getməli idi.

Onun adı çəkilmir.

İstintaqı aparan polislər, eləcə də prezident aparatı hadisə ilə bağlı şərh verməkdən imtina edib.

QAZİLER.AZ

Diaspora