Yeni Zelandiya bütün Covid-19 məhdudiyyətlərini qaldırdı

Yeni Zelandiya bütün Covid-19 məhdudiyyətlərini qaldırdı backend

Yeni Zelandiya ən son Covid-19 məhdudiyyətlərini aradan qaldıraraq epidemiyaya qarşı sərt ehtiyat siyasətini dayandırıb.

Qaziler.az xəbər verir ki, ölkənin Baş naziri Chris Hipkins mətbuata verdiyi açıqlamasında, xəstəxanalarda və səhiyyə müəssisələrində maska ​​taxma məcburiyyətinin və Covid-19-a tutulan xəstələr üçün 7 gün özünü təcrid etmə öhdəliyinin bu gecə yarısından etibarən sona çatacağını söyləyib.

Hipkins ölkədə təxminən 3250 nəfərin Covid-19 səbəbiylə dünyasını dəyişdiyini qeyd edib.

Səhiyyə naziri Ayeşa Verrall iyun ayından bəri yoluxma sayında azalma müşahidə edildiyini bildirib.

Müxalifətdəki ACT Partiyasının lideri Devid Seymour qərarın icrasının gecikdirildiyini, hökumətin insanlarla uzun müddət uşaq kimi rəftar etdiyinə işarə edərək tənqid edib.

QAZİLER.AZ

Diaspora