Apple-ın köhnə iPhone modellərini yavaşlatması ilə bağlı uzun müddətdir davam edən 500 milyon dollarlıq iddia ilə əlaqədar qərar verilib.
ABŞ-da qaldırılan iddianın hakimi yavaşlamadan təsirlənən “iPhone” sahiblərinə ödənişlərin başlanmasını təsdiqləyib. Bu məhkəmə yolu ilə iddia qaldıran hər bir “iPhone” istifadəçisi təxminən 65 dollar məbləğində ödəniş alacaq.
Bəs hansı iPhone istifadəçiləri pul ala biləcəklər?
2020-ci ilin oktyabr ayına qədər ABŞ-da iddia qaldıran “iPhone 6”, “iPhone 6 Plus”, “iPhone 6s”, “iPhone 6s Plus”, “iPhone 7”, “iPhone 7 Plus” və ya “iPhone SE” sahibləri “Apple”dan ödənişlər ala biləcəklər.
Qeyd edək ki, “Apple” ilk dəfə 2017-ci ildə köhnə “iPhone” modellərini qəsdən yavaşlatdığını və böyük reaksiya topladığını etiraf edib.
QAZİLER.AZ