Danimarkanın paytaxtı Kopenhagendə bəzi İslam ölkələrinin səfirliklərində təşkil edilən Quranın yandırılması aksiyaları hələ də davam edir.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Əlcəzair Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen əlcəzairli həmkarı Əhməd Attaf ilə telefon danışığı aparıb.
Görüş zamanı danimarkalı nazir bəzi İslam ölkələrinin səfirlikləri, o cümlədən Əlcəzairin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına qarşı törədilən cinayətə görə təəssüfləndiyini bildirib və üzr istəyib.
Bu hərəkətlərin qəbuledilməz olduğunu vurğulayan nazir Rasmussen sözügedən hücumların Danimarka cəmiyyətinin tolerantlıq ənənəsini tamamilə pozduğunu qeyd edib.
Rasmussen həmçinin Attafa hökumətinin bu çirkin əməllərə son qoymaq məqsədi daşıyan qanun layihəsini parlamentə təqdim edəcəyini bildirib.
QAZİLER.AZ