Cənubi Koreyanın Tokiodakı səfirliyinə təhdid dolu elektron məktub gəldiyi açıqlanıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, “Yonhap”ın məlumatına görə, sözügedən e-poçtun məzmununda səfirliyə bombalı hücumun olduğu qeyd edilib.
"Soma Wataru" adı ilə göndərilən elektron məktubda "Mən Yaponam. Baş verəcək partlayışla bağlı xəbərdarlıq edirəm" ifadəsi işlənilib. Lakin sözügedən məktubda hücumun tarixi və ya saatı ilə bağlı heç bir təfərrüat verilməyib.
Səfirlik Yaponiya polisinin binanın ətrafında mühafizəni gücləndirdiyini, bu tədbirlərin 1 ay davam edəcəyini qeyd edib.
Digər tərəfdən yazılanların saxta təhdid olması ehtimalı da araşdırılır.
QAZİLER.AZ