Putin: “Mübahisəli məsələlər rəngli inqilablar yolu ilə həll edilməməlidir”

Putin: “Mübahisəli məsələlər rəngli inqilablar yolu ilə həll edilməməlidir” backend

“Mən keçmiş SSRİ ərazisindəki mübahisəli məsələlərin, daxili məsələlərin rəngli inqilablar, çevrilişlər və mövcud hakimiyyətlərin anti-konstitusion vasitələrlə dəyişdirilməsi yolu ilə həllini qəti şəkildə qəbuledilməz hesab edirəm”.


APA-nın verdiyi xəbərə görə, bunu Rusiya prezidentiVladimir Putin CBS və PBS telekanallarına müsahibəsində deyib. O, RusiyanınSuriyada atdığı addımların dünya ictimaiyyətinin fikrini Ukraynadan yayındırmağa yönəlmədiyini bildirib: “Ukraynaya gəldikdə, bu, xüsusi məsələdir. Ukrayna bizə ən yaxın və qardaş ölkədir. Slavyan xalqı olmaqla yanaşı, həm də rus xalqına dil, mədəniyyət, ortaq tarix, din olaraq ən yaxınıdır”.

Rusiya prezidenti ABŞ-ın Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin hakimiyyətdən devrilməsi üçün 5 milyard dollara qədər vəsait xərclədiyini qeyd edib. Onun fikrincə, hakimiyyətin dəyişməsi üçün xaricdən edilən istənilən müdaxilənin nəticələri ağır olur: “Liviyanın nümunəsində bu, dövlətin tam parçalanması, İraq və Suriyada ərazilərin terrorçular tərəfindən işğalı ilə nəticələnib. Əfqanıstanda isə vəziyyətin necə olduğunu bilirsiniz”.

Rusiya prezidenti Ukraynada dövlət çevrilişinin vətəndaş müharibəsinə səbəb olduğuna diqqət çəkib: “Tutaq ki, Ukraynanın bir çox vətəndaşları prezident Yanukoviçə inanmırdılar. Lakin qanuni şəkildə seçkilərə getmək lazım idi, başqa dövlət başçısı seçmək və dövlət çevrilişləri həyata keçirməmək lazım idi”.

“Normandiya dördlüyü” çərçivəsində dialoqun davam etdirildiyini deyən V. Putin Minsk razılaşmalarının yerinə yetirilməsinin də vacibliyini vurğulayıb.
Diaspora