Tramp yenidən prezident seçiləcəyi təqdirdə, Baydeni araşdıracağına söz verib

Tramp yenidən prezident seçiləcəyi təqdirdə, Baydeni araşdıracağına söz verib backend

Əgər yenidən dövlət başçısı vəzifəsinə seçilərəmsə, ABŞ-ın hazırkı lideri Cozef Baydenin bütün mümkün cinayətləri ilə bağlı dərhal təhqiqatlara başlamağı tapşıracam.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada Respublikaçılar Partiyasının tərəfdarları üçün keçirilən tədbirdə deyib.

“Mən Prezident kimi ilk iş günümdə Çindən və başqa ölkələrdən rüşvət almaq da daxil olmaqla Bayden ailəsinin cinayətləri ilə bağlı çoxsaylı iddiaları araşdırmaq üçün göstəriş verəcəyəm”, - deyə sabiq prezident bildirib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

 

 

Diaspora