Pakistanın keçmiş baş naziri 3 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, İslamabad məhkəməsi Toşaxanın dövlət xəzinəsində saxlanılan qiymətli əşyaların satışı ilə bağlı fırıldaq işi üzrə sədr Xanı “korrupsiya əməlləri”ndə təqsirli bilib.
Keçmiş baş nazirə Pakistan Seçki Komissiyasının ona qarşı cinayət işi açmasından sonra mayın 10-da iş üzrə ittiham irəli sürülüb.
Bu gün keçirilən iclasda birinci instansiya məhkəməsi bu işdə keçmiş baş nazirə qarşı ittihamların sübuta yetirildiyinə qərar verib.
Daha əvvəl bildirilmişdi ki, İmran Xana 2018-2022-ci illər arasında baş nazir olduğu müddətdə dövlət hədiyyələrini qanunsuz satmaqda ittiham olunur