ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ali Məhkəməni ona qarşı keçirilən məhkəmə proseslərinə müdaxilə etməyə çağırıb.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə D.Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"Mən seçkiqabağı sorğularda liderlik edirəm, həmçinin Co Baydendən qabaqdayam. Amma rəqabət üçün qeyri-bərabər şərtlər qoyulur. Bu seçkiyə müdaxilədir və Ali Məhkəmə buna baxmalıdır", - deyə o bildirib.
Xatırladaq ki, ötən gün Vaşinqton məhkəməsi Donald Trampa qarşı 4 maddə ilə ittiham irəli sürüb.