Nigerdə çevriliş nəticəsində hakimiyyətə gələn hərbi xunta Fransa ilə hərbi müqavilələri pozduğunu açıqlayıb.
Qaziler.az bu barədə UNİAN-a istinadla xəbər verir.
Qərara əsasən, Nigerdə yerləşdirilən 1500 fransız hərbçisinin hamısı ölkəni tərk etməlidir.
Fransa hakimiyyəti Niger hərbçilərinin Parislə hərbi müqavilələri denonsasiya etmək (pozmaq) qərarını tanımaqdan imtina etdiklərini bildirib.
"Fransa xatırladır ki, müdafiə sahəsində Nigerlə əməkdaşlığının hüquqi əsası Nigerin qanuni hakimiyyət orqanları ilə bağlanmış müqavilələrə əsaslanır", - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
QAZİLER.AZ