“McDonald's” dünyanın ən dəyərli 5-ci brendi oldu

“McDonald's” dünyanın ən dəyərli 5-ci brendi oldu backend

Dünyanın ən etibarlı marka qiymətləndirmə təşkilatlarından biri olan "BrandZ 100 Ən Dəyərli Qlobal Brendlər" siyahısında ilk 10 markanı açıqlayıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki,  dünyanın ən qiymətli sürətli xidmət restoran şəbəkəsi olan “McDonald's” bu il siyahıda 5-ci yerdə qərarlaşıb.

34 mindən çox restoranı və 1,6 milyondan çox işçisi ilə gündə orta hesabla 100 milyon insana xidmət göstərən “McDonald's” siyahıda ilk 5-likdə yer alan yeganə qida və içki markası olub.

Bu il marka dəyəri 191,109 milyard dollar olan “McDonald's” 2017-ci ildən bu yana siyahının ilk 10 markası arasında yer alır.

QAZİLER.AZ

Diaspora