Sinqapurda Asiyanın ən böyük “3D” çap fabriki açıldı

Sinqapurda Asiyanın ən böyük “3D” çap fabriki açıldı backend

“Ultra Clean Technology” (UCT) yarımkeçirici istehsalı şirkəti Sinqapurda Cənub-Şərqi Asiyanın ən böyük “3D” çap fabrikini istifadəyə verib.


İKT.lent.az-ın xəbərinə görə, Vudlends regionunda yerləşən istehsal tam “3D” çap xidmətləri spektri, o cümlədən fiziki obyektin qat-qat virtual yaradılması, “3D” mühəndisləri xidmətləri, tam texniki xidmət, istehsal, eləcə də virtual anbar proqramı təklif edir.

“UCT” nümayəndələri istehsalın fəaliyyətə başlamasını “3D” çap sifarişçisinin bütün tələblərinin kütləvi şəkildə ödənilməsi sahəsində inqilabi addım kimi qiymətləndirirlər.

“Bu, fərdi istehlakçılar və kiçik biznes üçün bahalı avadanlıqlara investisiya qoymadan onlara lazım olan malların “3D” istehsalına yol açır”, - “UCT” nümayəndələri bildiriblər.
Diaspora