Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Bangi şəhərində baş verən ixtisaslar nəticəsində 500 məhbus həbsxanada qaçmağa nail olub.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, qaçanlar arasında 60 nəfər xüsusilə təhlükəli məhbus, biri-biri ilə düşmənçilik edən müsəlman və xristian qruplaşmalarının üzvləri də var.Mərkəzi Afrika Respublikasında ixtisaslar müvəqqəti prezident Katrin Samba-Pansanın BMT Baş Məclisinin iclasında iştirak etmək üçün Nyu-Yorka yola düşməsindən sonra başlayıb. Ölkə paytaxtındakı məscidin yaxınlığında bir müsəlmanın cəsədinin tapılması icmalar arasında toqquşmaların yenidən alovlanmasına səbəb olub. Şəhər sakinləri qətldə yerli xristian icmasını günahlandırırlar. Toqquşmalar zamanı artıq 42 nəfərin öldüyü barədə məlumatlar verilir.
Bundan başqa, sentyabrın 28-də BMT sülhməramlılarının kütləvi etiraz aksiyasının iştirakçılarını atəşə tutması nəticəsində də bir neçə yerli sakin həlak olub.
Ölkədə gərgin vəziyyət yaranması səbəbindən müvəqqəti prezidentin Nyu-Yorku vaxtından əvvəl tərk edərək geri döndüyü bildirilir.