Moskva vilayətində 20 yaşlı qız 250 min rubl qarşılığında hərbi komissarlığı yandırmağı planlaşdırıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, şəhərətrafı qəsəbədə 20 yaşlı yerli sakin hərbi komissarlığı yandırmağı planlaşdırarkən yaxalanıb. Bu barədə Shot Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Orexovo-Zuevoda baş verib. Qıza “bankdan” naməlum şəxs zəng edib və kredit götürməyi təklif edib. Lakin sonradan "işçi" bildirib ki, qızın işi olmadığına görə krediti təsdiq edə bilməz. Ancaq o, başqa bir yol təklif edib: qadını 250 min rubl alacaq, lakin bunun qarşılığında o, hərbi komissarlığın binasını yandırmalı olacaq.
Qız tutulub və hər şeyi etiraf edib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının sifarişçisini axtarır.
QAZİLER.AZ