Polşada atışma sonrası 28 miqrant saxlanılıb - 26-sı Türkiyə vətəndaşıdır

Polşada atışma sonrası 28 miqrant saxlanılıb - 26-sı Türkiyə vətəndaşıdır backend

Polşa sərhədçisi atışma təqibindən sonra 28 miqrantı daşıyan avtobusu saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə avqustun 4-də PAP agentliyi məlumat yayıb.

İnsident avqustun 4-nə keçən gecə Slovakiyadan gələn avtobusun dörd sərhəd xidməti avtomobilindən yayınmaq istəyərkən baş verib.

Avtobus saxlanıldıqdan sonra onun sürücüsü qaçıb. Sərhədçilər avtomobillə qabaqda gedən və polis postları ilə bağlı xəbərdarlıq edən Gürcüstan vətəndaşını saxlayıblar.

Avtobusda 26 Türkiyə vətəndaşı və iki Əfqanıstandan olan immiqrant aşkar edilib.

QAZİLER.AZ

Diaspora