İyulun 26-da Nigerdə çevriliş edən hərbi xunta qonşusu Nigeriya ilə diplomatik əlaqələri kəsib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, yerli KİV-lərin xəbərinə görə, Nigerdəki hərbi xunta Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) ölkədə davam edən liderlik böhranını həll etmək səylərindən sonra Nigeriya ilə diplomatik əlaqələri kəsib.
Nigerdə hərbi çevrilişlə hökuməti ələ keçirən “Vətənin Mühafizəsi üzrə Milli Şura”nın (CNSP) sözçüsü Amadou Abdramane milli televiziya ilə olan çıxışında Nigerin Abuca, Paris, Lome və Vaşinqtondakı səfirlərinin səlahiyyətlərinə son verildiyini bildirib.
Nigeriya iyulun 26-da Nigerdə baş verən çevriliş hadisələrindən sonra ölkədə elektrik enerjisinin verilməsini dayandırdığını açıqlayıb.
QAZİLER.AZ