Rusiya "Vaqner"in köməyi ilə Belarusu Ukraynadakı müharibəyə cəlb etmək istəyir

Rusiya "Vaqner"in köməyi ilə Belarusu Ukraynadakı müharibəyə cəlb etmək istəyir backend

Rusiya Belarusu Ukraynaya qarşı genişmiqyaslı müharibəyə cəlb etmək üçün "Vagner" ÖHŞ-dən istifadə etmək istəyir. Bunun üçün artıq Mozır Neft Emalı Zavodunda terror aktı hazırlanır.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna USQ-yə istinadən xəbər verir.

"USQ rusların Belarusun strateji obyekti - Mozır neft emalı zavodunda "yalançı bayraq altında" irimiqyaslı təxribat hazırladığını göstərən kəşfiyyat məlumatları əldə edib", - məlumatda deyilir.

Məlumata görə, terror aktının hazırlanması ilə “Vaqneritlər” adı altında Belarus ərazisinə göndərilmiş RF Silahlı Qüvvələrinin nizami hərbçilərindən və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət diversiya-kəşfiyyat qrupu məşğul olur.

QAZİLER.AZ

Diaspora