Cənubi Kiprdə ölümcül epidemiyaya qarşı pişiklərə koronavirus həbləri veriləcək

Cənubi Kiprdə ölümcül epidemiyaya qarşı pişiklərə koronavirus həbləri veriləcək backend

Səlahiyyətlilər cümə axşamı günü minlərlə pişiyin koronavirusdan öldüyü Cənubi Kiprdə pişiklərin müalicəsi üçün insanlar üçün nəzərdə tutulmayan koronavirus dərmanlarının hazır olacağını açıqladı.

Qaziler.az bildirir ki, Güeny Kipr hökuməti kənd təsərrüfatı nazirliyinin tövsiyəsi ilə bu plana yaşıl işıq yandırıb.

Koronavirusun bir ştammı - insanlara ötürülə bilməyən pişik yoluxucu peritoniti (FIP) Kiprdə böyük pişik populyasiyasını məhv edir.

Cənubi Kipr Nazirlər Kabinetinin bəyanatında deyilir: "İnsanlarda koronavirusa yoluxma hallarının müalicəsi üçün istifadə edilən və artıq istifadə olunmayan preparatların ehtiyatları əldə edilə bilər".

Covid əleyhinə həblər şəklində olan dərmanlar baytarlıq xidmətləri vasitəsilə əldə ediləcək.

Qeyd edək ki, heyvan fəalları bir milyona yaxın pişiyin öldüyü Kiprin ölü pişiklər adasına çevrildiyini bildiriblər.

QAZİLER.AZ

Diaspora