Bolton: Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ı NATO-dan çıxaracaq

Bolton: Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ı NATO-dan çıxaracaq backend

Donald Tramp gələn il keçiriləcək seçkilərdə qalib gələrsə, ABŞ-ı NATO-dan çıxaracaq.

Apa xəbər verir ki, bunu ABŞ-ın sabiq Prezidenti Donald Trampın sabiq köməkçisi Con Bolton “NewsNation” televiziya kanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Tramp birinci prezidentlik dövründə bəzi düşünülməmiş qərarlar verib.

“Tramp Alyansın mövcudluğunu təhlükə altına salıb. Düşünürəm ki, Tramp ikinci dəfə prezident seçilsə, biz bu müddət ərzində demək olar ki, NATO-dan çıxacağıq”, - deyə Bolton bildirib.

Qeyd edək ki, ABŞ-ın xüsusi prokuroru Cek Smit 1 avqust tarixində Trampın dörd maddə üzrə ittiham olunduğunu açıqlayıb. Tramp faktiki olaraq 2020-ci ilin noyabr seçkilərindəki məğlubiyyətə baxmayaraq, qanunsuz hərəkətləri ilə hakimiyyəti qoruyub saxlamağa cəhd etməkdə ittiham olunur. Bu iş üzrə Trampa qarşı irəli sürülən cinayətlərin ən ağırı üçün maksimum cəza 20 il həbsdir.

Hazırda rəy sorğularının nəticələrinə əsasən, Respublikaçılar Partiyasından prezidentliyə rəsmi namizəd olmaq üçün Trampın hər cür şansı var.

Seçkilərdə ABŞ Demokrat Partiyasından hazırkı Prezident Co Bayden yenidən mübarizə aparacaq.

Diaspora