Milli İstihbarat Təşkilatına "Agit Gever" kod adlı Yılmaz Bayramın İraqın Sincar bölgəsində Türkiyə əleyhinə aksiyaya hazırlaşan təşkilat üzvlərini silah və sursatla təmin etdiyi bildirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İraq və Suriya arasında təşkilat üçün kritik vəzifələri öz üzərinə götürən, Türkiyə və təhlükəsizlik qüvvələrinə qarşı hərəkətlərin transfer və logistik fəaliyyətlərini həyata keçirən Bayram MİT-in hədəf siyahısına daxil edilib.
Əməliyyatda terrorçu Bayram İraqın Sincarında zərərsizləşdirilib. Göndərilmək üçün hazırlanmış silah və sursatlar da məhv edilib.
QAZİLER.AZ