Ukrayna Futbol Assosiasiyası (UAF) bütün rusiyalıları Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbərliyindən kənarlaşdırmağa çağırıb.
Qaziler.az bildirir ki, bu barədə UAF-ın mətbuat xidməti məlumat yayıb.
"Ukrayna Futbol Assosiasiyası UEFA-ya rəsmi məktubla müraciət edib və orada təcavüzkar ölkənin nümayəndələrinin Avropa Futbol İttifaqının orqanlarında olması ilə bağlı vəziyyəti nəzərdən keçirməyi xahiş edib", - məlumatda deyilir.
Eyni zamanda, 2023-cü ildən 2027-ci ilə qədər olan dövr üçün UEFA-nın inzibati orqanlarında (komitələr, orqanlar və panellər) vəzifələrə 15 rusiyalının yenidən seçildiyi qeyd edilir.
Xüsusilə, hətta Rusiya Futbol İttifaqının rəhbəri Aleksandr Dyukov 2027-ci ilə qədər UEFA-dakı vəzifəsini qoruyub. Baxmayaraq ki, Rusiya Federasiyasının bütün klub və komandaları FİFA və UEFA-nın rəsmi turnirlərindən kənarlaşdırılıb.
QAZİLER,AZ