Çin Rusiya olmadan Ukraynada sülhlə bağlı Səudiyyə Ərəbistanında aparılan danışıqlara qoşula bilər.
Qaziler.az bildirir ki, bu barədə The Wall Street Journa (WSJ) məlumat yayıb.
Bu məqsədlə Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey Ər-Riyada göndəriləcək.
“Uzun sürən müharibə Çinin iqtisadiyyatına, onun qlobal inkişaf məqsədlərinə və Avropadakı imicinə mənfi təsir göstərir”, - nəşr yazır.
QAZİLER.AZ